“Qarabağ inciləri” oyunu

Abidəni bərpa et,
hədiyyə qazan!

Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən “Qarabağ inciləri” adlı pazl oyununa yekun vurulub.

Belə ki, oyunda iştirak edən şəxslər xüsusi olaraq hazırlanan və rəmzi məna daşıyan “Qarabağın inciləri” pazl oyununda Qarabağın möhtəşəm abidələrini bərpa etmək üçün yarışıblar.

Aprelin 18-də saat 15:00-da nəticələrin hesablanması həyata keçirilib və ən yüksək nəticə göstərən 10 nəfər qalib seçilib.

Qeyd edək ki, nəticələr hesablanarkən bir neçə dəfə oynayan şəxslərin ən yaxşı nəticələri nəzərə alınıb.

Qaliblərə Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Incredible Karabakh” kolleksiyasından t-shirt hədiyyə olunacaq.

Bütün qalibləri təbrik edirik!

Nəticələri gör
puzzle